Pakistan Xarici İşlər Nazirliyi təkzib edib
Pakistan Xarici İşlər Nazirliyi CBS News telekanalının Nur Xan aviabazasında İran təyyarələrinin olması ilə bağlı yaydığı məlumatı təkzib edərək, bunu “yanıltıcı” adlandırıb Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu cür mesajlar regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərə

Pakistan Xarici İşlər Nazirliyi CBS News telekanalının Nur Xan aviabazasında İran təyyarələrinin olması ilə bağlı yaydığı məlumatı təkzib edərək, bunu “yanıltıcı” adlandırıb Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu cür mesajlar regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərə zərbə vurmaq məqsədi daşıyır Nazirlik izah edib ki, İran və Amerika təyyarələri atəşkəsdən sonra və İran və ABŞ arasında İslamabadda keçirilən danışıqların birinci raundu zamanı diplomatik personal, təhlükəsizlik işçiləri və inzibati rəsmilərin daşınmasını asanlaşdırmaq üçün Pakistana gəliblər "Bəzi təyyarələr və yardımçı heyət danışıqlar prosesinin sonrakı mərhələlərini gözləmək üçün müvəqqəti olaraq Pakistanda qalıb", - bəyanatda deyilir Ölkədəki İran təyyarələrinin heç bir hərbi əməliyyat və ya hərbi tədbirlə bağlı olmadığı vurğulanır İslamabad həmçinin qeyd edib ki, rəsmi danışıqların yeni raundunun olmamasına baxmayaraq, İran XİN rəhbərinin səfərləri də daxil olmaqla diplomatik təmaslar davam edir Pakistan dialoqa, gərginliyin azaldılmasına və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səyləri dəstəkləməyə davam etmək niyyətini bir daha təsdiqlədi CBS News daha əvvəl bildirmişdi ki, Pakistan ABŞ-dan mümkün hücumlar riski fonunda İran hərbi təyyarələrinin öz aerodromlarında dayanmasına icazə verib


