Tenqri
Ana Səhifə
Dünya

Litva Xarici İşlər Nazirliyi Rusiya səfirinə etiraz notası göndərib

Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndəsini mayın 9-da keçiriləcək hərbi parada hazırlıq zamanı Kiyevdəki xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına hədə-qorxu ilə bağlı çağırıb. Rusiya diplomatına Moskvanın Kiyevə mümkün hücumlarla bağlı “xəbərdarlığı” ilə ba

0 baxışhaqqin.az
Litva Xarici İşlər Nazirliyi Rusiya səfirinə etiraz notası göndərib
Paylaş:

Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndəsini mayın 9-da keçiriləcək hərbi parada hazırlıq zamanı Kiyevdəki xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına hədə-qorxu ilə bağlı çağırıb. Rusiya diplomatına Moskvanın Kiyevə mümkün hücumlarla bağlı “xəbərdarlığı” ilə bağlı sərt etiraz notası təqdim edilib, DW yazır “Rusiya tərəfinin bu bəyanatları Kiyevdəki xarici səfirliklərə, eləcə də Kiyevin digər sakinlərinə qarşı birbaşa, rüsvayçı və görünməmiş güc tətbiqi hədəsi kimi qiymətləndirilməlidir”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Vilnüs vurğulayıb ki, Rusiya Federasiyasının bu cür açıq bəyanatları, eləcə də Ukraynaya qarşı davam edən müharibəsi BMT Nizamnaməsində təsbit olunmuş güc təhdidi ilə bağlı qadağanın və beynəlxalq hüququn digər prinsiplərinin kobud şəkildə pozulmasıdır “Bu cür bəyanatlarla Rusiya etiraf edir ki, onun silahlı qüvvələri beynəlxalq müdafiədə olan şəxslər, diplomatlar, mülki şəxslər və mülki infrastruktur üçün ölümcül və mənasız təhlükə yaratmağı, yəni Ukrayna ərazisində ən ağır beynəlxalq cinayətləri törətməkdə davam etməyi planlaşdırır”, - Litva Xarici İşlər Nazirliyi qeyd edib Rusiya nümayəndəsinə beynəlxalq humanitar hüquq normaları da xatırladılıb ki, ona görə hərbi zərbənin mülki şəxslərin təsadüfən ölümünə və ya xəsarət almasına, habelə mülki obyektlərə ziyan vuracağı məlumdursa, müharibə cinayəti və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirilir

Kaynak: haqqin.az

Diğer Haberler