Qazaxıstan Xarici İşlər Nazirliyi: Türkiyədə dünyasını dəyişən velosipedçi Qırğızıstan vətəndaşıdır
Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuatın Qazaxıstan vətəndaşı olduğunu bildirdiyi Kubat Amanbekovun Antalyada bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı xəbərlərə münasibət bildirib Qazaxıstan mətbuatı yazır ki, XİN ölən şəxsin Qazaxıstan vətəndaşı olduğunu təkzib edib “Türkiyə tərəfinin bild

Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuatın Qazaxıstan vətəndaşı olduğunu bildirdiyi Kubat Amanbekovun Antalyada bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı xəbərlərə münasibət bildirib Qazaxıstan mətbuatı yazır ki, XİN ölən şəxsin Qazaxıstan vətəndaşı olduğunu təkzib edib “Türkiyə tərəfinin bildirdiyinə görə, ölən Qırğızıstan vətəndaşıdır”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Bundan əvvəl Türkiyə mətbuatı Antalya vilayətinin Serik rayonunda velosiped sürən Qazaxıstan vətəndaşının taksi ilə toqquşması nəticəsində dünyasını dəyişdiyini yazmışdı. Bildirilib ki, mayın 11-nə keçən gecə saat 03.00 radələrində Belekin turizm yolunda Kubat Amanbekovun mindiyi velosipedlə taksi toqquşub. Zərbənin təsirindən velosipedçi yola çıxaraq ağır bədən xəsarətləri alıb. Hadisə yerinə gələn polis və həkimlər gəncin ölümünü təsdiqləyiblər. Mətbuat Amanbekovun beşulduzlu oteldə barmen işlədiyini yazıb. Müayinədən sonra onun meyiti müayinə olunmaq üçün Antalya Ədliyyə Tibb Təşkilatının morquna göndərilib. Mətbuatda yayılan məlumata görə, taksi sürücüsü polisə aparılıb, araşdırmalara başlanılıb Azattyk Asia © 2026 RFE/RL, Inc. | Bütün hüquqlar qorunur


