Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində baş vermiş faciə ilə bağlı tədbirlər görür

Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində 5 Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnən faciə ilə bağlı tədbirlər görür Day.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxana Hacızadə Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmil

0 baxışday.az
Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində baş vermiş faciə ilə bağlı tədbirlər görür
Paylaş:

Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində 5 Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnən faciə ilə bağlı tədbirlər görür Day.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxana Hacızadə Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı yerli KİV-in sualını cavablandırarkən deyib “Bu gün gecə saatlarında ekipajlarında ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə pilotsuz təyyarələrlə hücum edilib.Qeyd etmək istərdik ki, bu gəmilər Azərbaycan dövlətinə məxsus deyil Hücum nəticəsində Rusiya tərəfdən alınan məlumata görə, 5 vətəndaşımız həlak olub, daha 3 nəfər yaralanıb. Zərərçəkənlər Yeysk şəhər xəstəxanasına yerləşdirilib”, - deyə o bildirib Onun sözlərinə görə, hazırda Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları, ölkəmizin diplomatik nümayəndəlikləri, eləcə də aidiyyəti dövlətlərin səlahiyyətli orqanları ilə əlaqələndirmə işləri aparır “Rusiyadakı səfirliyimizin bir neçə əməkdaşı hadisə yerinə gedib.Vətəndaşlarımızla bağlı vəziyyət, onların vətənlərinə qayıtmaları və lazımi konsulluq dəstəyinin göstərilməsi daimi nəzarətdə saxlanılır Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə o əlavə edib Azov dənizində azərbaycanlı dənizçilərin olduğu iki gəminin pilotsuz təyyarələrin hücumuna məruz qalması barədə daha əvvəl məlumat vermişdik Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Azerbaycan Dışişleri Bakanlığı Azak Denizi'nde yaşanan trajedinin ardından tedbir alıyor | Tenqri