Azərbaycan və Qırğızıstanın Xarici İşlər nazirlikləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
İyunun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında telefon danışığı olub Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Qırğız Respu
.jpg&w=2048&q=70)
İyunun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında telefon danışığı olub Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Qırğız Respublikasının səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb Tərəflər iki ölkə arasında regional və çoxtərəfli platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini vurğuladılar Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

