Tenqri
Ana Səhifə
Dünya

Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO

Xanəndə Aytən Məhərrəmova qəbul etdiyi dərmanlardan sonra səhhətinin qəfil pisləşdiyini açıqlayıb Publika.az xəbər verir ki, sənətçinin sözlərinə görə, vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım çağırılsa da, əraziyə girişin çətin olması səbəbindən briqadanın hadisə yerinə vaxtında çatması m

0 baxışpublika.az
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
Paylaş:

Xanəndə Aytən Məhərrəmova qəbul etdiyi dərmanlardan sonra səhhətinin qəfil pisləşdiyini açıqlayıb Publika.az xəbər verir ki, sənətçinin sözlərinə görə, vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım çağırılsa da, əraziyə girişin çətin olması səbəbindən briqadanın hadisə yerinə vaxtında çatması mümkün olmayıb. Daha sonra qonşuların köməyi ilə şəxsi avtomobillə yola çıxaraq təcili yardım əməkdaşları ilə görüşüblər Aytən Məhərrəmova bildirib ki, həmin vaxt Şəkidən qonaq çağırdığı tanışlarından birinin tibb bacısı olması onun həyatını xilas edib. Xanəndənin sözlərinə görə, tibb bacısının üzərində şok əleyhinə ampula olub və dərhal müdaxilə edilib İfaçı qeyd edib ki, həmin ampula olmasaydı, xəstəxanaya və ya təcili yardım briqadasına çatmağın mümkün olub-olmayacağını bilmir. O, vəziyyətinin tamaşada ifa etdikdən sonra pisləşdiyini də əlavə edib Xanəndə yaşadığı hadisəni həyatında ikinci dəfə ölüm təhlükəsi ilə üz-üzə qalması kimi dəyərləndirib və ona yardım edən tibb bacısı Elnarəyə xüsusi təşəkkürünü bildirib "Təcili yardım çağırdıq, gələ bilmədi. Ora yol yox idi, çıxa bilməyəcəkdi. Qonşulardan birini tapdılar, mənim maşınımı sürdü. Təcili yardımla rastlaşıblar, məni o maşına mindirdilər. Bir az özümə gələ bildim Təsadüfən Şəkidən dostlarımı çağırmışdım ki, gəlsinlər. Onlardan biri də tibb bacısı idi. Yaxşı ki, üstündə şok əleyhinə dərman vardı. Bir ampula üstündə olub. O ampula olmasaydı, mən nə təcili yardıma çatardım "Tamaşalı"nı oxuyandan sonra pisləşmişdim. Allah heç kimə göstərməsin. Həmin tarix mənim ikinci dəfə həyata dönüşüm oldu. Bizdə olan tibb bacısı Elnarəyə salam göndərirəm. Göydə Allah, yerdə o mənim həyatımı xilas etdi. İnsanlara deyirəm ki, mənim kimi bilgisiz şəkildə B qrupu vitamini vurdurmasınlar. Mənim əvvəl aldığım sistemin tərkibində onun əvəzedicisi kimi vermişdilər mənə" Aytən Məhərrəmova eyni zamanda insanlara xəbərdarlıq edərək, həkim məsləhəti olmadan müxtəlif vitamin və preparatlardan istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, problem daha əvvəl qəbul etdiyi sistemin tərkibində verilən B qrupu vitamini əvəzedicisi ilə bağlı yaranıb.(Milli.Az) İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO Mahsun Kırmızıgül Bakıda toyda oxudu - VİDEO Blogerin bacısı avtoqəzada həlak oldu - Fotolar Flora Kərimova ilə arxiv fotosunu paylaşdı Orxandan Aydınla bağlı ETİRAF: “Kaş meyxana deməzdik” - VİDEO Ərdoğan Azərbaycanı təbrik etdi Həyati önəm kəsb edən mərhələ başladı: 4 bürc üçün xəbərdarlıq XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışladı Ərdoğandan ABŞ-İran razılaşmasına reaksiya: Onlara xəbərdarlıq etdi Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün təməl qoydu - XİN Fyuri dünyanın ən güclü adamanı məğlub etdi - VİDEO

Kaynak: publika.az

Diğer Haberler