Tenqri
Ana Səhifə
Dünya

Məhərrəmlik öncəsi qızıl alanlara vacib xəbər

Məhərrəmlik ayının başlanmasına sayılı günlər qalıb. Ənənəvi olaraq bu dövrdə toy və nişan mərasimlərinin sayında azalma müşahidə olunduğundan, qızıl bazarındakı vəziyyət də maraq doğuran məsələlərdən biri olaraq qalır. Xüsusilə zinət əşyalarına tələbatın hansı səviyyədə olduğu, alıcılıq fəallığında

0 baxışmodern.az
Məhərrəmlik öncəsi qızıl alanlara vacib xəbər
Paylaş:

Məhərrəmlik ayının başlanmasına sayılı günlər qalıb. Ənənəvi olaraq bu dövrdə toy və nişan mərasimlərinin sayında azalma müşahidə olunduğundan, qızıl bazarındakı vəziyyət də maraq doğuran məsələlərdən biri olaraq qalır. Xüsusilə zinət əşyalarına tələbatın hansı səviyyədə olduğu, alıcılıq fəallığında dəyişikliklərin hiss edilib-edilmədiyi diqqət çəkir. Bununla yanaşı, son aylarda dünya bazarlarında qızılın qiymətində baş verən dəyişikliklər də daxili bazara təsirsiz ötüşmür Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, məhərrəmlik ayının yaxınlaşması ilə əlaqədar qızıl bazarında müəyyən mövsümi davranış dəyişiklikləri müşahidə oluna bilər "Ənənəvi olaraq bu dövrdə toy, nişan və digər mərasimlərin azalması zərgərlik məmulatlarına olan tələbatın müəyyən qədər zəifləməsinə səbəb olur. Xüsusilə dəst, üzük, boyunbağı və digər iri həcmli zərgərlik məmulatları üzrə istehlakçı fəallığında nisbətən ehtiyatlı davranış müşahidə edilə bilər Bununla belə, bu prosesi bazarda kəskin azalma və ya ciddi durğunluq kimi qiymətləndirmək düzgün olmaz. Çünki qızıl yalnız mərasim məqsədilə alınan məhsul deyil, eyni zamanda investisiya aləti, yığım vasitəsi və dəyərin qorunması mexanizmi kimi də qəbul edilir. Bu baxımdan Məhərrəmlik dövründə iri zərgərlik məmulatlarına tələbatda müəyyən azalma müşahidə olunsa da, kiçik çəkili məmulatlara, gündəlik istifadə üçün nəzərdə tutulan məhsullara, hədiyyəlik zərgərlik nümunələrinə və investisiya xarakterli qızıla maraq davam edə bilər" Sədr müavininin sözlərinə görə, hazırda bazarda müəyyən gözləmə mövqeyi hiss olunur: "Alıcılar əsasən qiymətlərin növbəti istiqamətini izləməyə üstünlük verirlər. Son dövrlərdə beynəlxalq bazarda qızılın qiymətində kəskin bahalaşma və ya ucuzlaşma müşahidə olunmadığından daxili bazarda da nisbətən ehtiyatlı istehlak davranışı formalaşıb. Bu səbəbdən zəruri olmayan alışların müəyyən qədər təxirə salınması mümkündür. Sahibkarlar isə mövcud tələbat səviyyəsinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər Məhərrəmlik ayının yaxınlaşması fonunda bazarda müəyyən səngimə hiss oluna bilər. Lakin bu, qızıl bazarının tam passivləşməsi anlamına gəlmir. Əsas azalma daha çox mərasim xarakterli alışlarda özünü göstərə bilər. Gündəlik istifadə, hədiyyə və yığım məqsədli alışlar isə əvvəlki dövrlə müqayisədə daha sabit qala bilər" R.Əmircanov eyni zamanda yaxın dövrlərdə qızıl bazarına iki əsas amilin təsir edəcəyinə də diqqət çəkib: "Ümumilikdə, yaxın dövrdə qızıl bazarına iki əsas amilin təsir edəcəyi gözlənilir. Birinci amil Məhərrəmlik ayı ilə bağlı mövsümi tələbat azalması, ikinci amil isə beynəlxalq qızıl qiymətlərində baş verən dəyişikliklərdir. Əgər beynəlxalq bazarda qiymətlər sabit qalarsa, daxili bazarda da kəskin qiymət dəyişikliyi gözlənilmir. Lakin qlobal bazarda qızılın qiymətində artım müşahidə olunarsa, bu, Azərbaycanda da satış qiymətlərinə təsir göstərə bilər" İqtisadçı Xalid Kərimli isə saytımıza açıqlamasında bildirib ki, Məhərrəmlik ayının qızıl qiymətlərinə ciddi təsiri yoxdur. Onun sözlərinə görə, qızılın qiyməti əsasən dünya bazarında formalaşır və hər hansı dini mərasimlər, adət-ənənələr və ya dini aylarla bağlı dəyişmir “Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, qlobal inflyasiya, beynəlxalq qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və investorların davranışları kimi amillərdən asılıdır. Bu faktorlar dəyişdikcə qızılın dünya bazarındakı qiyməti də dəyişir" Ekspert həmçinin vurğulayıb ki, zinət əşyalarının qiymətinə gəldikdə isə, burada təkcə qızılın dəyəri rol oynamır: "Məhsulun hazırlanması üçün istifadə olunan digər materiallar, işçilik xərcləri, kirayə haqları, vergilər və digər məsrəflər də qiymətə təsir göstərir. Bu baxımdan zinət əşyaları bazarı ilə hansısa dini mərasim və ya bayramlar arasında birbaşa əlaqə görmürəm Üstəlik, zinət əşyaları tez xarab olan və ya qısa müddətdə satılmalı olan məhsullar deyil. Bu məhsullar uzun illər öz keyfiyyətini qoruyub saxlaya bilir. Buna görə də əvvəlcədən planlaşdırılan və gözlənilən hadisələrin onların qiymətinə təsiri çox məhdud olur. Məhz bu baxımdan, Məhərrəmlik, Ramazan ayı və ya digər dini dövrlərin qızıl və zinət əşyaları bazarındakı qiymətlərə təsiri əhəmiyyətsizdir” X.Kərimli onu da əlavə edib ki, dünya bazarında qızıl ilin əvvəlindən indiyədək ümumilikdə təxminən 4 faiz bahalaşıb: "Bununla belə, yanvarın sonundakı pik göstəricilərlə müqayisədə hazırkı qiymətlərdə təxminən 10 faizlik geriləmə müşahidə olunur. İlin əvvəlində qızılın qiymətində kəskin artım olmuşdu. Daha sonra, xüsusilə fevral-aprel aylarında müəyyən ucuzlaşma baş verdi. Buna baxmayaraq, qızıl yenə də ilin əvvəli ilə müqayisədə təxminən 4 faiz bahadır" İqtisadçının fikrincə, qiymətlərin geriləməsinin əsas səbəbi əvvəllər müşahidə olunan kəskin bahalaşma dalğasının zəifləməsi ilə bağlıdır: "ABŞ-İran gərginliyi, neft qiymətlərinin artması və təchizat zəncirlərində yarana biləcək risklər qlobal inflyasiya gözləntilərini artırmışdı. Sonradan bazarlardakı narahatlığın müəyyən qədər azalması qızılın qiymətində korreksiyaya səbəb oldu Hazırda qızılın kəskin ucuzlaşacağına dair ciddi gözləntilər yoxdur. Əksinə, bazarda belə bir proqnoz var ki, müharibə riskləri azaldıqdan və Hörmüz boğazında vəziyyət tam normallaşdıqdan sonra qızılın qiyməti ilin sonunadək yenidən yüksələ bilər”, - deyə X.Kərimli fikrini tamamlayıb

Kaynak: modern.az

Diğer Haberler