Məhəmmədəli Xudaverdiyev: Qlobal Cənub mühüm innovasiya və təcrübəyə sahibdir
Səyyar ASAN xidmətləri ucqar və xidmətə çıxışı məhdud olan bölgələrdə yaşayan vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, bizim təcrübəmiz göstərir ki, yalnız texnologiya effektiv idarəetmə yaratmır. Güclü institutlar, peşəkar dövlət xidməti, hesabatlılıq və ən əsası siyasi iradə əsas şərtlərdir

Səyyar ASAN xidmətləri ucqar və xidmətə çıxışı məhdud olan bölgələrdə yaşayan vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, bizim təcrübəmiz göstərir ki, yalnız texnologiya effektiv idarəetmə yaratmır. Güclü institutlar, peşəkar dövlət xidməti, hesabatlılıq və ən əsası siyasi iradə əsas şərtlərdir AZƏRTAC xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq vasitəsilə Təhlükəsiz və Dayanıqlı Şəhərlər və İcmaların Qurulması üzrə Regionlararası Dialoqda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev deyib O qeyd edib ki, məhz buna görə də Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq bu gün xüsusi əhəmiyyət kəsb edir: “Cənub-Cənub əməkdaşlığının əsas üstünlüyü oxşar çağırışlar və inkişaf prioritetləri ilə üzləşən ölkələr arasında praktik təcrübə və uyğunlaşdırıla bilən həllərin mübadiləsindədir. Qlobal Cənub yalnız problemlərə deyil, həm də mühüm innovasiya və təcrübəyə sahibdir. Biz strukturlaşdırılmış Cənub-Cənub bilik mübadiləsini gücləndirməyə və institusional təcrübəmizi tərəfdaş ölkələrlə bölüşməyə sadiqik” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


