Tenqri
Ana Səhifə
Dünya

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

5 İyun – Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər nazir

0 baxışazertag.az
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
Paylaş:

5 İyun – Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev, nazirliyin rəsmiləri, UNEP nümayəndələri və ekokönüllülər iştirak ediblər Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib Aksiyanın məqsədi Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycanın ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırmaq, eyni zamanda, cəmiyyətdə ekoloji məsuliyyətin və təbiətə qayğı mədəniyyətinin təşviqidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib | Tenqri