XİN Azov dənizində pilotsuz təyyarələrin hücumu nəticəsində ölən daha çox Azərbaycan vətəndaşının tapıldığını bildirir
BAKI, Azərbaycan, 9 iyun. İyunun 5-də Azov dənizində pilotsuz təyyarələrin hücumu nəticəsində zədələnmiş gəmilərdə həlak olan daha iki Azərbaycan vətəndaşının cəsədi tapılıb. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir Nazirlik qeyd edib ki, ekipaj üzvü olan 19 Azərbaycan vətəndaşı ölk

BAKI, Azərbaycan, 9 iyun. İyunun 5-də Azov dənizində pilotsuz təyyarələrin hücumu nəticəsində zədələnmiş gəmilərdə həlak olan daha iki Azərbaycan vətəndaşının cəsədi tapılıb. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir Nazirlik qeyd edib ki, ekipaj üzvü olan 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və iyunun 9-da günorta saatlarında ölkəmizə gəlişləri gözlənilir Bundan başqa, həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cəsədləri tapılıb Nazirlikdən bildirilib ki, müvafiq prosedurlar başa çatdıqdan sonra Yeysk şəhərində cəsədi tapılan 4 vətəndaşın və onları müşayiət edən 2 vətəndaşın meyitlərinin yaxın günlərdə Azərbaycana göndərilməsi gözlənilir İyunun 5-də Azov dənizində göyərtəsində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisi pilotsuz təyyarə ilə hücuma məruz qalıb Hadisə nəticəsində 4 Azərbaycan vətəndaşı yaralanıb, 4-ü dünyasını dəyişib


