Metronun iş rejiminə dəyişiklik ediləcək
Bakı Metropoliteni qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib Bildirilib ki, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 sani

Bakı Metropoliteni qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib Bildirilib ki, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq “Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq


