Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir
Almaniya kansleri Fridrix Merz bildirib ki, Serbiya Avropa İttifaqına üzv olmaq istəyirsə, Rusiya, Çin və Avropa arasında balanslaşdırma siyasətindən əl çəkməlidir APA xəbər verir ki, o, bu barədə Monteneqroda keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında danışıb “R

Almaniya kansleri Fridrix Merz bildirib ki, Serbiya Avropa İttifaqına üzv olmaq istəyirsə, Rusiya, Çin və Avropa arasında balanslaşdırma siyasətindən əl çəkməlidir APA xəbər verir ki, o, bu barədə Monteneqroda keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında danışıb “Rusiya, Çin və Avropa arasında manevr siyasəti yürütmək mümkün deyil”, – deyə Merz bildirib Kanslerin sözlərinə görə, Serbiya gələcəyini harada gördüyünə dair aydın seçim etməlidir “Əgər Serbiyanın cavabı Avropadırsa, Avropanın cavabı da Serbiya olacaq”, – deyə o vurğulayıb Merz əlavə edib ki, Aİ liderləri Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşdə bu gözləntiləri açıq şəkildə onun diqqətinə çatdırıblar


