Tenqri
Ana Səhifə
Dünya

Schröder yerinə Merkel

Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Gerhard Schröder-i Rusiya ilə Avropa arasında mümkün danışıqlara cəlb etməyi təklif edib. Bununla belə, siyasi dairələr hesab edirlər ki, Almaniyanın digər keçmiş kansleri Angela Merkel vasitəçi roluna daha uyğun olardı. Bu barədə “Der Spi

0 baxışhaqqin.az
Schröder yerinə Merkel
Paylaş:

Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Gerhard Schröder-i Rusiya ilə Avropa arasında mümkün danışıqlara cəlb etməyi təklif edib. Bununla belə, siyasi dairələr hesab edirlər ki, Almaniyanın digər keçmiş kansleri Angela Merkel vasitəçi roluna daha uyğun olardı. Bu barədə “Der Spiegel” mənbələrə istinadən yazır Qeyd olunur ki, Merkel Ukrayna prezidenti Vladimir Zelenski və Putinlə şəxsən tanış olduğu üçün vasitəçi roluna uyğun namizəd hesab olunur Nəşr onu da qeyd edir ki, Avropa ölkələri ABŞ-ın vasitəçiliyinin uğursuz təcrübəsini nəzərə alaraq, Rusiya Federasiyası ilə mümkün danışıqları müzakirə etməyə davam edir. Aİ üzvləri Moskva ilə danışıqlarda iştirak etmək istəyir Bundan əlavə, Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas daha əvvəl demişdi ki, Kremlin danışıqlar aparan şəxsə diktə etməsinə icazə vermək “çox ağıllı olmaz”. Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinqer bildirib ki, Avropadan olan vasitəçi Avropa səviyyəsində, xüsusilə Şərqi Avropa və Baltikyanı ölkələrdən geniş razılıq almalıdır Jurnalistlərin dediyinə görə, Merkelin ofisi onlara vasitəçi rolu ilə bağlı keçmiş kanslere heç bir rəsmi müraciətin olmadığını təsdiqləyib. Lakin onun gələcəkdə bu rola razı olub-olmayacağı sualına cavab verməyiblər Daha əvvəl Reuters Almaniya hökumətinin adının açıqlanmayan nümayəndəsinə istinadən yazıb ki, Almaniya Kremlin keçmiş kansler Gerhard Şröderin Ukraynada sülhlə bağlı Rusiya Federasiyası ilə danışıqlarda Aİ-nin əsas nümayəndəsi təyin edilməsi ideyasına həvəs göstərmir Reuters agentliyinin adını açıqlamayan mənbəsi bildirib ki, Kremlin təklifi inandırıcı deyil, çünki Moskva maksimalist tələblərindən geri çəkilməyib

Kaynak: haqqin.az

Diğer Haberler