Merih Dəmiralın Fenerə gəlməsi üçün etdiyi fədakarlığa baxın
"Fənərbaxça"nın prezidentliyə namizədi Hakan Safinin transfer siyahısında olan Merih Dəmiral üçün diqqətçəkən iddia ortaya atılıb. Milli müdafiəçinin sarı-göy rəngli formanı geyinmək üçün maaşına 5 milyon avro qurban verdiyi iddia edilirdi Fənərbaxçada prezident seçkiləri əvvəli transfer çalışmala

"Fənərbaxça"nın prezidentliyə namizədi Hakan Safinin transfer siyahısında olan Merih Dəmiral üçün diqqətçəkən iddia ortaya atılıb. Milli müdafiəçinin sarı-göy rəngli formanı geyinmək üçün maaşına 5 milyon avro qurban verdiyi iddia edilirdi Fənərbaxçada prezident seçkiləri əvvəli transfer çalışmaları sürətini azaltmadan davam edir. Prezidentliyə namizəd Hakan Safinin “Əl-Əhli”də çıxış edən milli müdafiəçi Merih Dəmiralla anlaşdığı iddiası gündəmə bomba kimi düşüb “Sabah”ın xəbərinə görə, Hakan Safi bir müddət əvvəl Merih Dəmiralın meneceri ilə görüşüb. Təmaslardan sonra təcrübəli müdafiəçinin “Fənərbağça”ya qayıtmaqda həvəsli olduğu iddia edilib. Xəbərdə Merih Dəmiralın sarı-göy rəngli formanı geymək üçün ciddi maaş endirimini qəbul etdiyi bildirilib Səudiyyə Ərəbistanı təmsilçisi Əl-Əhlidə illik 12 milyon avro qazanacağı bildirilən Merih Dəmiralın "Fənərbağça"ya transfer olunacağı təqdirdə illik 7 milyon avro maaş almağa razı olduğu iddia edilib. Belə ki, milli futbolçunun sarı-göylər klubuna qayıtmaq üçün təqribən 5 milyon avro maaşını qurban verdiyi iddia edilib Transferin reallaşacağı təqdirdə "Fənərbaxça"nın müdafiəsinin xeyli güclənəcəyi qiymətləndirilsə də, Merih Dəmiral hərəkəti Hakan Safinin seçki öncəsi ən diqqət çəkən layihələrindən biri kimi göstərilir 28 yaşlı müdafiəçi əvvəlki mövsümdə "Əl-Əhli"nin heyətində 32 rəsmi oyunda meydana çıxıb. Ümumilikdə 2 min 590 dəqiqə meydanda qalan Merih Dəmiral müdafiədə komandasının ən önəmli adlarından biri oldu


