Merey Mukajan: "TDT üzv ölkələri arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan üzv və müşahidəçi dövlətlərin ümumi iqtisadi potensialı artım göstərsə də, təşkilat çərçivəsində ticarət və iqtisadi münasibətlər hələ ki, real imkanlardan xeyli geridə qalmaqdadır "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu TDT-nın Baş

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan üzv və müşahidəçi dövlətlərin ümumi iqtisadi potensialı artım göstərsə də, təşkilat çərçivəsində ticarət və iqtisadi münasibətlər hələ ki, real imkanlardan xeyli geridə qalmaqdadır "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu TDT-nın Baş katibinin müavini Merey Mukajan "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu"nda bildirib O qeyd edib ki, türk dövlətlərinin qlobal iqtisadi sistemdə daha möhkəm yer tutması üçün iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi böyük önəm kəsb edir "Rəqabət qurumları bu prosesdə əhəmiyyətli rol oynayır. Səmərəli rəqabət siyasəti innovasiyaların həvəsləndirilməsinə, məhsuldarlığın yüksəldilməsinə, investisiya axınının gücləndirilməsinə və istehlakçı hüquqlarının müdafiəsinə xidmət edir", - M. Mukajan bildirib O vurğulayıb ki, TDT məkanında iqtisadiyyatın modernləşdirilməsi, rəqəmsal əlaqələrin möhkəmləndirilməsi və innovasiyaların dəstəklənməsi əsas prioritet istiqamətlərdən biri kimi qalmaqdadır "İqtisadi modernləşmə və rəqəmsal bağlantılar regional gündəmin mərkəzində olmalıdır. İqtisadi əməkdaşlıq bu il Türkiyədə təşkil ediləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə toplantısının başlıca mövzularından birini təşkil edəcək. Təşkilat daha inteqrasiya olunmuş və perspektivə yönəlmiş maliyyə ekosisteminin yaradılması istiqamətində ardıcıl addımlar atmağa davam edir. Bu prosesdə rəqabət qurumlarının dəstəyi və təcrübəsi xüsusi önəm daşıyır. Regional rəqabət siyasəti çərçivəsinin hazırlanması üzv dövlətlərin siyasətlərinin harmonizasiyasına və transsərhəd problemlərin aradan qaldırılmasına töhfə verə bilər", - TDT-nın Baş katibinin müavini qeyd edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
