ATU ilə Yozgat Bozok Universiteti arasında əməkdaşlıq memorandumu
Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Yozgat Bozok Universitetinin rektoru, professor Evren Yaşar ilə görüş keçirilib Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılan addımlardan, bu i

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Yozgat Bozok Universitetinin rektoru, professor Evren Yaşar ilə görüş keçirilib Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılan addımlardan, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən, əldə olunan nəticələrdən, eləcə də iki ölkənin təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıb Professor Evren Yaşar da öz növbəsində Azərbaycan və Türkiyə universitetləri arasında sıx əməkdaşlıq mövzusuna toxunub və bu sahədə əlaqələrin daha da dərinləşməsində qarşılıqlı maraqlı olduğunu bildirib Görüş zamanı tərəflər iki universitet arasında elmi tədqiqatlar, təhsil və innovasiyalar sahəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər. Müəllim və tələbə mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, konfrans və simpoziumların təşkili, o cümlədən tibb sahəsində qabaqcıl təcrübə və biliklərin mübadiləsi baxımından qarşılıqlı fəaliyyət perspektivləri nəzərdən keçirilib Sonra Yozgat Bozok Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Hər iki universitetin inkişafı üçün yeni imkanların açılmasına yönələn sənəd birgə elmi tədqiqatlar, müasir tədris metodlarının tətbiqi və innovativ tibbi texnologiyaların öyrənilməsi sahəsində əməkdaşlığı əhatə edir Sənəddə müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, birgə təhsil proqramlarının hazırlanması və ixtisasartırma imkanlarının genişləndirilməsi kimi istiqamətlər də öz əksini tapıb Memorandum tərəflər arasında bilik və təcrübə mübadiləsinin sürətləndirilməsinə, tibbi təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi nailiyyətlərin praktiki səhiyyəyə tətbiqinə, o cümlədən regionda yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək


