“Meloninin səfəri həm siyasi, həm də rəmzi əhəmiyyət kəsb edir” - Politoloq
“İtaliya-Azərbaycan əlaqələri etimada söykənir. İki ölkənin stabil mövqeyi müşahidə olunur. Şübhəsiz ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin səfəri həm siyasi, həm də rəmzi əhəmiyyət kəsb edir. Bu səfər bir növ daimi siyasi koordinasiya deməkdir” Bu barədə 525.az-a politoloq Şəbnəm H

“İtaliya-Azərbaycan əlaqələri etimada söykənir. İki ölkənin stabil mövqeyi müşahidə olunur. Şübhəsiz ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin səfəri həm siyasi, həm də rəmzi əhəmiyyət kəsb edir. Bu səfər bir növ daimi siyasi koordinasiya deməkdir” Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova İtaliyanın Baş nazirinin Azərbaycana səfərini şərh edərkən bildirib Onun sözlərinə görə, Meloninin İtaliyanın Baş nazirləri statusunda Azərbaycana reallaşdırılmayan on üç illik boşluğu doldurması iki ölkə arasındakı dostluq münasibətlərindən xəbər verir: “Həm də Ermənistanda keçirilən tədbirdən dərhal sonra Bakıya gəlmək düşünürəm ki, nümayiş etdirilən mövqedir. Ölkələr arasındakı münasibətlər təkcə kəmiyyət yox, həm də keyfiyyət baxımından inkişaf edir. Melonin səfəri koordinasiyalı siyasətdən xəbər verirsə, həm də iki ölkə arasındakı münasibətlərin sabitlik dərəcəsini göstərir” Politoloq əlavə edib ki, Azərbaycanın İtaliya bazarına 9.5 milyard kubmetr qaz ixracatı hər iki ölkə arasındakı etimadın yüksək olduğunun göstəricisidir. O bildirib ki, iki ölkə hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirirlər: “Yaxın zamanlarda Bakıda keçiriləcək biznes forum iqtisadi tərəqqiyə kömək edəcək. Meloninin Ermənistanda keçirilən tədbirə, sıx qrafikə rəğmən, Azərbaycana səfər etməsi ölkələrimiz arasındakı əlaqələrin ən yüksək səviyyəsindən xəbər verir. Səfərin zamanlaması, keçirilən görüşlərdə səmimiyyətin özü bütün suallara cavabdır”

