Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
Dünya Kubokunun açılış günü, cümə axşamı Meksika paytaxtında yeddi böyük etiraz aksiyası keçiriləcək "Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb Nəşrin məlumatına görə, etirazlarda təhsil və səhiyyə sektorlarının nümayəndələri, nəqliyyat işçiləri, fermer təşkilatları, dö

Dünya Kubokunun açılış günü, cümə axşamı Meksika paytaxtında yeddi böyük etiraz aksiyası keçiriləcək "Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb Nəşrin məlumatına görə, etirazlarda təhsil və səhiyyə sektorlarının nümayəndələri, nəqliyyat işçiləri, fermer təşkilatları, dövlət enerji şirkətlərinin təqaüdçüləri və itkin düşmüş uşaqları axtaran analar birliklərinin nümayəndələri iştirak edəcəklər Yürüş iştirakçılarının Meksika Milli Muxtar Universitetinin ətrafındakı ərazi də daxil olmaqla, Meksika şəhərinin cənubundakı müxtəlif nöqtələrdən yola düşməsi və turnirin açılış matçının keçiriləcəyi şəhərin əsas stadionuna getməsi gözlənilir Hakimiyyət orqanları arena ətrafında mümkün böyük yolların bağlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə xəbərdarlıq edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


