Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
İran Ordusunun Quru Qoşunlarının komandanı, general-mayor Əli Cahanşahi bildirib ki, ölkənin Quru Qoşunları istənilən potensial təhdidə sarsıdıcı və qəti cavab verməyə tam hazırdır "Mehr" agentliyinin məlumatına görə, o, bu fikirləri ölkənin qərb sərhəd bölgəsində yerləşən 71-ci Mexanikləşdirilmiş

İran Ordusunun Quru Qoşunlarının komandanı, general-mayor Əli Cahanşahi bildirib ki, ölkənin Quru Qoşunları istənilən potensial təhdidə sarsıdıcı və qəti cavab verməyə tam hazırdır "Mehr" agentliyinin məlumatına görə, o, bu fikirləri ölkənin qərb sərhəd bölgəsində yerləşən 71-ci Mexanikləşdirilmiş Piyada Briqadasının “Əbuzər” əməliyyat bölmələrinə səfəri zamanı səsləndirib General-mayor Cahanşahi bölmələrin qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və ölkəyə qarşı yarana biləcək istənilən təhlükəyə qarşı durmaq üçün hərtərəfli və yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb Sərhəd bölgələrində dayanıqlı təhlükəsizliyin təmin edilməsinin vacibliyinə toxunan komandan bildirib ki, Quru Qoşunlarının çəkindirmə potensialı və əməliyyat hazırlığı daim qorunmalı və daha da gücləndirilməlidir “Ölkə sərhədlərinin təhlükəsizliyi Silahlı Qüvvələrin səylərinin, hazırlığının və güclü mövcudluğunun nəticəsidir”, - deyə Cahanşahi qeyd edib O, həmçinin Quru Qoşunlarının şəxsi heyətinin və komandirlərinin fədakar fəaliyyətini yüksək qiymətləndirərək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə döyüş hazırlığının artırılması prosesinin davam etdiriləcəyini bildirib General-mayor Cahanşahi əlavə edib ki, İran Ordusunun Quru Qoşunları ölkənin suverenliyini və ərazi bütövlüyünü bütün gücü ilə müdafiə etmək üçün ən yüksək hazırlıq səviyyəsindədir


