Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib
Azərbaycanın enerji sahəsində qazandığı uğurlar yalnız zəngin karbohidrogen ehtiyatları ilə deyil, eyni zamanda, məqsədyönlü və uzaqgörən diplomatiya ilə bağlıdır. Dünya okeanlarına birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün

Azərbaycanın enerji sahəsində qazandığı uğurlar yalnız zəngin karbohidrogen ehtiyatları ilə deyil, eyni zamanda, məqsədyönlü və uzaqgörən diplomatiya ilə bağlıdır. Dünya okeanlarına birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün region ölkələri ilə qarşılıqlı etimada əsaslanan münasibətlər quraraq mühüm nəqliyyat və enerji dəhlizlərinin formalaşmasına nail olub Bu barədə AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Mehmet Seven bildirib Onun sözlərinə görə, müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkənin enerji potensialını iqtisadi inkişafa çevirmək və dünya bazarlarına çıxış imkanlarını təmin etmək idi “Bunun üçün yalnız enerji yataqlarının işlənilməsi kifayət etmirdi. Eyni zamanda, mürəkkəb geosiyasi şəraitdə regional əməkdaşlıq mexanizmlərinin qurulması, etibarlı tərəfdaşlıq əlaqələrinin yaradılması və uzunmüddətli strateji layihələrin həyata keçirilməsi tələb olunurdu. Azərbaycan bu istiqamətdə son dərəcə uğurlu siyasət həyata keçirdi. Xəzər dənizinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün qonşu və region ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşdırıldı. Bu model təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası regionda yeni əməkdaşlıq platformalarının yaranmasına şərait yaradıb. Xüsusilə enerji layihələrinin reallaşdırılması prosesində müxtəlif ölkələrin maraqlarının uzlaşdırılması və ortaq məqsədlər ətrafında birləşdirilməsi Bakının diplomatik uğurlarından biri hesab olunur. Azərbaycanın enerji siyasətinin ən mühüm istiqamətlərindən biri Türkiyə ilə strateji əməkdaşlıqdır. İki qardaş ölkə arasında formalaşmış yüksəksəviyyəli siyasi münasibətlər enerji sahəsində də mühüm nəticələr verib. Məhz bu əməkdaşlıq sayəsində regionun enerji xəritəsini dəyişdirən irimiqyaslı layihələr həyata keçirilib. Türkiyə və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq enerji layihələrinin uğurla reallaşdırılmasının əsas təminatlarından biridir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi yalnız iqtisadi layihələr deyil, həm də region dövlətləri arasında etimadın və əməkdaşlığın rəmzidir”, – deyə ekspert bildirib Mehmet Seven qeyd edib ki, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın dünya enerji bazarına inteqrasiyasında dönüş nöqtəsi olub. Bu layihə Xəzər neftinin Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin etməklə yanaşı, regionun geoiqtisadi əhəmiyyətini də artırıb Ekspertin fikrincə, sonrakı mərhələdə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının növbəti böyük uğurudur. Bu layihə sayəsində Azərbaycan təbii qazı Avropa bazarlarına çatdırılır və qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir: “Bu gün Avropanın enerji təhlükəsizliyi məsələləri daha da aktuallaşıb. Belə bir şəraitdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Ölkənin həyata keçirdiyi enerji siyasəti təkcə milli maraqlara deyil, həm də tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə xidmət edir. Azərbaycanın enerji diplomatiyasının mühüm xüsusiyyətlərindən biri əməkdaşlıq coğrafiyasını daim genişləndirməsidir. Bu gün ölkə həm regional, həm də beynəlxalq səviyyədə müxtəlif enerji və nəqliyyat layihələrinin fəal iştirakçısıdır. Azərbaycanın təşəbbüsü ilə formalaşan əməkdaşlıq platformaları Avrasiya məkanında yeni iqtisadi əlaqələrin yaranmasına şərait yaradır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


