Mehmet Şimşək: İran ətrafında gərginlik gözləniləndən daha uzun müddət davam etdi
İran ətrafında gərginlik gözləniləndən daha uzun müddət davam etdi. Danışıqlardakı hazırkı çıxılmaz vəziyyət aktiv hərbi əməliyyatlardan heç də az mənfi təsir göstərmir. Qarşılıqlı zərbələrin dayandırılması faktı heç nə demək deyil, çünki Hörmüz boğazı bağlı olaraq qalır AZƏRTAC xəbər verir ki, bu

İran ətrafında gərginlik gözləniləndən daha uzun müddət davam etdi. Danışıqlardakı hazırkı çıxılmaz vəziyyət aktiv hərbi əməliyyatlardan heç də az mənfi təsir göstərmir. Qarşılıqlı zərbələrin dayandırılması faktı heç nə demək deyil, çünki Hörmüz boğazı bağlı olaraq qalır AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşək jurnalistlərə bildirib O, qlobal bazarlardakı vəziyyətə diqqət çəkib. “Brent” markalı neft hazırda münaqişədən əvvəlki səviyyədən 57 faiz yüksəkdir, Avropada təbii qazın qiyməti isə 44 faiz artıb. Gübrələr kimi bəzi digər mallara nəzər saldıqda görürük ki, qiymətlər 120 faiz, aviasiya yanacağı isə 130 faizdən çox artıb”, - deyə nazir qeyd edib M.Şimşək, həmçinin BVF-nin proqnozlarına da diqqət çəkib. Bu proqnozlara görə, neftin qiyməti barel üçün 110 dollar səviyyəsində sabitləşərsə, qlobal iqtisadi artım ildə 2 faizə qədər və ya daha az azalacaq. Əgər “qara qızıl”ın qiyməti orta hesabla barel üçün 100 dollar olarsa, qlobal artım 2,5 faiz təşkil edəcək. Lakin baza ssenarisi təxminən 3 faiz artım ehtimal edir “Geriyə nəzər saldıqda deyə bilərik ki, oxşar vəziyyətlər - xüsusən də neft qiymətlərinin 50 faiz və ya daha çox artdığı uzunmüddətli böhran dövrləri - adətən qlobal tənəzzüllərə səbəb olurdu”, - deyə maliyyə naziri vurğulayıb O, gərginlik faktının Türkiyəyə də təsir etməsindən təəssüfləndiyini bildirib M.Şimşək enerji təchizatı təhlükəsizliyini “ən vacib məsələ” adlandırıb: “Hazırda Türkiyənin enerji təchizatı ilə bağlı heç bir problemi yoxdur. Aviasiya yanacağı, təbii qaz və neftlə bağlı heç bir problem yoxdur. Lakin enerji qiymətlərinin kəskin artması amili göz qabağındadır. Əgər vəziyyət il ərzində bu şəkildə davam edərsə, ölkəmizin üzərinə düşən yük hazırkı qiymətlərlə təxminən 13-14 milyard dollar təşkil edəcək” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


