Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır
Türkiyə ərzaq təhlükəsizliyini gücləndirmək üçün qətiyyətli addımlar atır. Növbəti iki-üç il ərzində ölkədə yeni aqrar zonalar yaradılacaq. Bu, xarici böhranların təsirini azaltmaqda daha yaxşı nəticələrə nail olmağa kömək edəcək AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehm

Türkiyə ərzaq təhlükəsizliyini gücləndirmək üçün qətiyyətli addımlar atır. Növbəti iki-üç il ərzində ölkədə yeni aqrar zonalar yaradılacaq. Bu, xarici böhranların təsirini azaltmaqda daha yaxşı nəticələrə nail olmağa kömək edəcək AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek yerli televiziya kanalının efirində bildirib Yaxın Şərqdəki gərginliyə münasibət bildirən maliyyə naziri pessimizm üçün heç bir səbəb olmadığını qeyd edib O, bölgədəki müharibələrin böyük bir şok yaratmasına baxmayaraq, bu çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu qeyd edib. “Biz Türkiyəni və onun iqtisadiyyatını bu şoklara hazırlamışıq”, - deyə Şimşek Türkiyə sərhədləri yaxınlığındakı gərginliyin ölkədə inflyasiya proqnozlarının 5 faiz artmasına səbəb olduğunu etiraf edərək əmin edib “Xarici şoklar olmasaydı, ilin sonuna qədər inflyasiya təxminən 20 faiz olardı. Lakin eskalasiyanın birbaşa və dolayı nəticələri, o cümlədən yüksək neft qiymətləri ölkədə qiymət sabitliyinə əlavə təzyiq yaradan amillərə çevrilib”, - deyə türkiyəli nazir bildirib M. Şimşek enerji idxalı ilə bağlı Türkiyə iqtisadiyyatına düşən yükü də qeyd edib. “Son 23 ildə ölkəmiz neft və qaz tədarükünə ümumilikdə 1,1 trilyon dollar xərcləyib”, - deyə o vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


