Tenqri
Ana Səhifə
Dünya

Medianın inkişafında yeni mərhələ: Dövlətin strateji qərarı

Azərbaycan Respublikası özünün müasir dövlətçilik tarixində yeni və çox məsuliyyətli bir mərhələyə qədəm qoyub. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər yalnız torpaqlarımızın azad olunması ilə yekunlaşmayıb, eyni zamanda ölkəmizin daxili və xarici siyasətində, o cümlədən informasiya müstəvis

0 baxışmodern.az
Medianın inkişafında yeni mərhələ: Dövlətin strateji qərarı
Paylaş:

Azərbaycan Respublikası özünün müasir dövlətçilik tarixində yeni və çox məsuliyyətli bir mərhələyə qədəm qoyub. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər yalnız torpaqlarımızın azad olunması ilə yekunlaşmayıb, eyni zamanda ölkəmizin daxili və xarici siyasətində, o cümlədən informasiya müstəvisində keyfiyyətcə yeni çağırışları gündəmə gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı sahəsində həyata keçirilən davamlı islahatlar, məhz bu Zəfərin tələb etdiyi yüksək standartlara və milli maraqlarımızın qlobal səviyyədə müdafiəsinə xidmət edir Modern.az xəbər verir ki, hazırda “Media haqqında” Qanuna təklif olunan dəyişikliklər və yeni Media və Yayım Şurasının yaradılması ideyası təsadüfi deyil. Qlobal konvergensiya prosesi - yəni çap, onlayn və audiovizual media arasındakı sərhədlərin tamamilə silinməsi, informasiya sisteminin vahid mərkəzdən tənzimlənməsini zəruri edir. İndiyədək fəaliyyət göstərən Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin (MEDİA) funksiyalarının inteqrasiyası və vahid kollegial orqanda birləşdirilməsi dövlətin media siyasətində çevikliyi və səmərəliliyi dəfələrlə artıracaqdır Bu yanaşma həm də beynəlxalq təcrübənin - Böyük Britaniyanın “Ofcom”, Fransanın “ARCOM” kimi qabaqcıl modellərinin ölkəmizin reallıqlarına uyğunlaşdırılmış təzahürüdür. Müasir dövrdə informasiya bir silahdır və bu silahın dəqiq, sağlam və milli mənafeyə xidmət etməsi birbaşa dövlət təhlükəsizliyi məsələsidir. Media və Yayım Şurası dezinformasiya dalğalarına, hibrid müharibə təhdidlərinə və informasiya məkanımızın kənar qüvvələr tərəfindən çirkləndirilməsinə qarşı mərkəzləşdirilmiş, peşəkar və effektiv sipər olacaq Yeni yaradılacaq Şuranın kollegial idarəetmə modelinə əsaslanması medianın müstəqilliyinə verilən ən böyük töhfədir. Kollegiallıq subyektivliyi aradan qaldırır və qərarların şəffaf, ictimai maraqlara uyğun qəbul edilməsini təmin edir. Bu, həm də media subyektləri ilə dövlət arasında qarşılıqlı etimadı möhkəmləndirəcək əsas mexanizmdir Qanunvericilikdə edilən dəyişikliklərin ən diqqətçəkən məqamlarından biri isə Media Reyestrinə daxilolma və jurnalist vəsiqələrinin əldə edilməsi ilə bağlıdır. Prosesin tamamilə ödənişsiz əsasda həyata keçirilməsi dövlətin media nümayəndələrinə, jurnalistlik peşəsinin nüfuzuna verdiyi yüksək dəyərin bariz nümunəsidir. Bu, jurnalistlərin sosial müdafiəsini gücləndirməklə yanaşı, peşəkar və qeyri-peşəkar media subyektləri arasındakı xətti dəqiq müəyyən edərək, informasiya məkanımızın keyfiyyətini artıracaqdır Media və Yayım Şurası təkcə tənzimləyici orqan deyil, həm də milli media məhsulunun istehsalını stimullaşdıran bir mərkəz kimi çıxış edəcək. Yerli medianın rəqabətə davamlılığının artırılması, informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə və nəticə etibarı ilə Azərbaycanın haqq səsinin, Zəfər tariximizin və strateji maraqlarımızın dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması bu islahatların ali hədəfidir Yekun olaraq qeyd etmək lazımdır ki, Media və Yayım Şurası informasiya azadlığı ilə dövlət maraqlarının harmoniyasını qoruyan, müasir və demokratik bir təsisatdır. Bu islahatlar Azərbaycanın rəqəmsal ekosistemini daha da təhlükəsiz və rəqabətədavamlı edəcək, ölkəmizi regional informasiya mərkəzinə çevirəcək tarixi bir addımdır

Kaynak: modern.az

Diğer Haberler