Media: Türkiyənin nazirlikləri Azərbaycanla sərhəddə “tekstil zonası” yaratmağı tövsiyə edib
Türkiyə Geyim Sənayeçiləri Assosiasiyası (TGSD) tərəfindən qardaş ölkənin Sənaye və Texnologiya və Ticarət nazirliklərinə Suriya ilə sərhəddə xüsusi tekstil istehsalı zonalarının yaradılması ideyasının araşdırılması təklif olunub. Buna cavab olaraq, həmin dövlət qurumları Assosiasiyaya Azərbaycan Re

Türkiyə Geyim Sənayeçiləri Assosiasiyası (TGSD) tərəfindən qardaş ölkənin Sənaye və Texnologiya və Ticarət nazirliklərinə Suriya ilə sərhəddə xüsusi tekstil istehsalı zonalarının yaradılması ideyasının araşdırılması təklif olunub. Buna cavab olaraq, həmin dövlət qurumları Assosiasiyaya Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhəddə də istehsal bazası yaratmağı tövsiyə edib AZƏRTAC xəbər verir ki, bu barədə TGSD rəhbəri Toyqar Narbay “Sabah” qəzetinə bildirib O, bu “formulun” Türkiyənin hazır geyim sektorunda artan xərclərin və iş yerlərinin itirilməsinin yaratdığı böhrana həll yolu ola biləcəyini bildirib TGSD rəhbəri layihənin qardaş Azərbaycanla əməkdaşlıq çərçivəsində şərqdəki İğdır vilayətinin Aralık rayonu ilə Naxçıvanın qovşağında həyata keçirilə biləcəyini qeyd edib O hesab edir ki, Suriya və Azərbaycanla sərhədlərdə “tekstil zonaları” yaratmaq təşəbbüsü yüz minlərlə yeni iş yeri yaradacaq və tekstil ixracını ildə 5 milyard dollar artıracaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

