Tenqri
Ana Səhifə
Dünya

“Bu qanun qadağa deyil” - MEDİA rəsmisi layihədən danışdı

Sosial şəbəkədə məqsədsiz vaxt keçirmək məhdudlaşdırılır Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun

0 baxışmodern.az
“Bu qanun qadağa deyil” - MEDİA rəsmisi layihədən danışdı
Paylaş:

Sosial şəbəkədə məqsədsiz vaxt keçirmək məhdudlaşdırılır Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib Natiq Məmmədli bildirib ki, yeni qanun layihəsi cəmiyyətə qadağa kimi yox, uşaqlar üçün daha təhlükəsiz və faydalı rəqəmsal mühit yaradan təşəbbüs kimi təqdim edilməlidir Onun sözlərinə görə, bu cür təşəbbüslərlə bağlı çox vaxt spekulyativ fikirlər yaranır və medianın əsas vəzifələrindən biri qanunun mahiyyətini düzgün izah etməkdir “Biz nəyi məhdudlaşdırırıq? Sosial şəbəkələrdə sistemsiz şəkildə nə axtardığını bilmədən vaxt keçirməyi. Bunun əvəzinə uşaqlara faydalı informasiya və alternativ məzmun təklif etməliyik”, - deyə o bildirib Məmmədli qeyd edib ki, məktəb tapşırıqları və gündəlik fəaliyyətlər səbəbindən uşaqların internetdən istifadəsi qaçılmazdır, buna görə də əsas məqsəd rəqəmsal mühitdə keyfiyyətli və maarifləndirici resursların artırılması olmalıdır O vurğulayıb ki, rəqəmsal mühit yalnız risklərdən ibarət deyil və uşaqların düzgün istiqamətləndirilməsi gələcəkdə onların rəqəmsal düşüncə tərzinin formalaşmasına təsir göstərəcək “Bu qanun gənc nəsli qorumaqla yanaşı, onlara yeni imkanlar da yaratmalıdır”, - deyə MEDİA rəsmisi əlavə edib

Kaynak: modern.az

Diğer Haberler