Medianın İnkişafı Agentliyində “Prezident İlham Əliyevin Sülh Strategiyası: Sabitliyin təminatı” mövzusunda dəyirmi masa keçirilib (FOTO)
BAKI, Azərbaycan, 12 may. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatları və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin Sülh Strategiyası: Sabitliyin təminatı” mövzusunda dəyirmi masa keçirilib Dəyirmi masanın moderatoru, Medianın İnkişafı Agentliyinin icraçı
BAKI, Azərbaycan, 12 may. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatları və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin Sülh Strategiyası: Sabitliyin təminatı” mövzusunda dəyirmi masa keçirilib Dəyirmi masanın moderatoru, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, regional və qlobal çağırışların getdikcə geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişaf mühitinin yaradılması dövlətlərin əsas prioritetləridir O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin regionda əməkdaşlığın genişləndirilməsi, konstruktiv dialoqun inkişaf etdirilməsi, uzunmüddətli etimad mühitinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının və qlobal təhlükəsizlik mənzərəsində baş verən dəyişikliklər fonunda çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfənin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə töhfə verir Tarixçi alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mənzərəsinə təsir edən müasir çağırışlardan danışıb. O, beynəlxalq münasibətlər çərçivəsində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinin dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ümumi maraqlara əsaslanan əməkdaşlığın inkişafına imkan verdiyini vurğuladı Dəyirmi masa çərçivəsində iştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə dair fikir mübadiləsi aparıblar. Tədbirdə medianın dinc gündəliyin təbliğində, beynəlxalq əməkdaşlığın genişləndirilməsində və cəmiyyətin düzgün məlumatla təmin edilməsində rolunun vacibliyi vurğulanıb
Diğer Haberler

CHP-dən AKP-yə keçən Burcu Köksal: Afyonkarahisarın problemlərini daha tez yekunlaşdırmaq və investisiyaları reallaşdırmaq üçün yeni dövrə başladım | T24

İMM işində 37-ci gün | Seza Büyükçulha, İmamoğlunun uşaqlıq dostu: Tam bir il günahsız olduğum halda məni yatağa qoymağın günahını necə daşıyırsan? | T24
