Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
Dünya aviaşirkətləri Yaxın Şərqdəki vəziyyət səbəbindən reaktiv yanacağın qiymətlərinin yüksək həddə qalacağı təqdirdə qış uçuş cədvəllərində böyük dəyişikliklərə və on minlərlə reysin ləğvinə hazırlaşır AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, aviasiya şirkətlərinin rəh

Dünya aviaşirkətləri Yaxın Şərqdəki vəziyyət səbəbindən reaktiv yanacağın qiymətlərinin yüksək həddə qalacağı təqdirdə qış uçuş cədvəllərində böyük dəyişikliklərə və on minlərlə reysin ləğvinə hazırlaşır AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, aviasiya şirkətlərinin rəhbərliyi yaxın həftələrdə həcmin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması ilə bağlı yekun qərarlar qəbul edəcək Bildirilir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) cari il üçün proqnozlarını xeyli aşağı salıb və bu da qlobal mənfəətin təxminən iki dəfə - 43 milyard dollardan 23 milyard dollara qədər azalacağını göstərir IATA həmçinin xəbərdarlıq edib ki, yanacaq qiymətləri ilin sonunadək enməyə başlasa belə, aviasiya sahəsi 100 milyard dollar əlavə xərclərlə üzləşəcək “Türk Hava Yolları” şirkətinin rəhbərliyi bildirib ki, yanacaq qiymətləri payıza qədər enməzsə, şirkət uçuş tezliyini azaltmalı olacaq “Əgər təyyarə yanacağının yüksək qiymətləri sentyabra qədər davam edərsə, uçuş tezliyini azaltmağa, hətta müəyyən şəhərlərə uçuşları dayandırmağa başlayacağıq”, - deyə şirkətin baş maliyyə direktoru Murat Şeker bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


