Tenqri
Ana Səhifə
Dünya

MDU idarəetmədə rəqəmsallaşır: Əməkdaşlar üçün genişmiqyaslı təlimlər keçirilib

Elektron idarəetmə və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində elektron sənəd dövriyyəsi sisteminə tam şəkildə keçid təmin edilib Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ali təhsil müəssisəsində sənəd dövriyyəsinin

0 baxışazertag.az
MDU idarəetmədə rəqəmsallaşır: Əməkdaşlar üçün genişmiqyaslı təlimlər keçirilib
Paylaş:

Elektron idarəetmə və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində elektron sənəd dövriyyəsi sisteminə tam şəkildə keçid təmin edilib Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ali təhsil müəssisəsində sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması və bu innovativ sistemin uğurla fəaliyyət göstərməsi məqsədilə aidiyyəti struktur bölmələrin əməkdaşları üçün hibrid (onlayn və canlı) formatda genişmiqyaslı təlimlər keçirilib. Təlimlər elektron sənəd dövriyyəsi sisteminin tətbiqini icra edən "AİST Group" şirkəti və universitetin Rəqəmsal İnkişaf və İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Elçin Tağıyev tərəfindən müştərək şəkildə təşkil olunub. Təlim proqramı çərçivəsində iştirakçılar elektron sənəd dövriyyəsi sisteminin funksional imkanları, sənədlərin rəqəmsal qeydiyyatı, icrası, nəzarəti və sənəd marşrutlarının idarə olunması üzrə zəruri nəzəri və praktiki biliklərə yiyələniblər Növbəti mərhələdə, yəni qazanılmış rəqəmsal təcrübənin universitet daxilində tam mənimsənilməsini təmin etmək üçün məlumatlandırma görüşlərinin keçirilməsi təmin olunur. Bu görüşlərdə sənədlərlə iş prosesinin optimallaşdırılması və icra intizamının gücləndirilməsi diqqət mərkəzində saxlanılır Elektron sənəd dövriyyəsi sisteminə keçid MDU-da rəqəmsal transformasiya prosesinin mühüm mərhələsi olmaqla, universitetdaxili idarəetmənin səmərəliliyinin artırılmasına, kağız dövriyyəsinin minimuma endirilməsinə və müasir idarəetmə mexanizmlərinin tam formalaşdırılmasına mühüm töhfə verib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler