MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb
Mingəçevir Dövlət Universiteti (MDU) ilk dəfə nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinqində iştirak edib Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ali təhsil müəssisəsi Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-nun son

Mingəçevir Dövlət Universiteti (MDU) ilk dəfə nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinqində iştirak edib Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ali təhsil müəssisəsi Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-nun son illərdə keyfiyyətli ali təhsil, elmi fəaliyyətin gücləndirilməsi, beynəlmiləlləşmə və institusional inkişaf istiqamətində həyata keçirdiyi ardıcıl işlərin mühüm göstəricisi kimi qiymətləndirilir. RUR reytinqində universitetlərin fəaliyyəti tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı kimi əsas indikatorlar üzrə dəyərləndirilir. MDU-nun ilk dəfə bu reytinqdə təmsil olunması universitetin qlobal ali təhsil məkanına baxımından əhəmiyyətli addımdır Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti RUR reytinqində dünya üzrə 1198-ci yerdə qərarlaşıb. MDU bundan sonra da beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək, təhsil və tədqiqat keyfiyyətini yüksəltmək, eləcə də rəqabətqabiliyyətli universitet modelinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


