Tenqri
Ana Səhifə
Siyasət

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir "Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb İyunun 8-dən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində başla

0 baxışreport.az
Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib
Paylaş:

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir "Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb İyunun 8-dən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində başlayan imtahan prosesi bu gündən etibarən ölkə üzrə Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək Qeyd olunub ki, cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin təhsil müddətində əldə etdikləri nəzəri biliklərin, praktiki bacarıqların və yaradıcılıq potensialının obyektiv qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin vahid yanaşma əsasında ölçülməsidir İmtahanlar müvafiq ixtisaslar üzrə təsdiq edilmiş proqramlara uyğun təşkil olunur Buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq, bu ildən ilk dəfə məzunlara elektron şəhadətnamələrin verilməsi nəzərdə tutulur İmtahanların yekunlarına əsasən şagirdlərin təhsil müddətində qazandıqları nəticələr müəyyən ediləcək və müvafiq sənədləşmə aparılacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler