Tenqri
Ana Səhifə
Dünya

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Mart ayından etibarən Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir. Layihə çərçivəsində növbəti konsert iyunun 14-də Xankəndi şəhərindəki Mədəniyy

0 baxışazertag.az
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
Paylaş:

Mart ayından etibarən Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir. Layihə çərçivəsində növbəti konsert iyunun 14-də Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzində keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konsert proqramında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Arif Məlikov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Antonio Vivaldi və Həsən Rzayevin əsərlərini, eləcə də xalq mahnılarını təqdim edib Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler