Tenqri
Ana Səhifə
Dünya

Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin mü

0 baxışreport.az
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Paylaş:

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü" keçirilib Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə edib Görüşdə, həmçinin Azərbaycan - Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler