Müdafiə naziri Ukrayna dronlarına görə istefa verməyə hazır olduğunu deyib
Latviyanın müdafiə naziri Andris Spruds 7 may gecəsi ölkənin hava məkanına Ukrayna dronlarının daxil olması və vurulmamasına görə məsuliyyəti öz üzərinə götürməyə, istefa verməyə hazır olduğunu açıqlayıb 525.az xəbər verir ki, bu barədə ölkənin rəsmi mediası məlumat yayıb "Dronlar vurulmalı idi, b

Latviyanın müdafiə naziri Andris Spruds 7 may gecəsi ölkənin hava məkanına Ukrayna dronlarının daxil olması və vurulmamasına görə məsuliyyəti öz üzərinə götürməyə, istefa verməyə hazır olduğunu açıqlayıb 525.az xəbər verir ki, bu barədə ölkənin rəsmi mediası məlumat yayıb "Dronlar vurulmalı idi, bu, ilk növbədə silahlı qüvvələr rəhbərinin və siyasi lider kimi mənim məsuliyyətimdir. Mən məsuliyyəti tam öz üzərimə götürürəm. Buna görə də müxalifətin təklifinə [istefasını tələb etmək] hörmətlə yanaşıram və bu vəziyyətdə Seymin qərarına da hörmətlə yanaşacağam", - o deyib Müdafiə naziri həmçinin təsdiqləyib ki, nəzərdən keçirilən əsas versiya Latviya hava məkanına daxil olan dronların Ukraynaya məxsus olmasıdır. "İstintaq və Ukrayna tərəfi ilə kommunikasiya hələ də davam edir. İstintaq başa çatdıqdan sonra dəqiq nəticələr açıqlanacaq", - nazir əlavə edib Sprudsun sözlərinə görə, ilkin məlumatlar göstərir ki, Ukraynadan Rusiyaya doğru yönəlmiş dronlar respublikaya daxil ola bilər


