Tenqri
Ana Səhifə
Dünya

Məcnun Məmmədov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində IV "Yüksəliş" müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə yekun görüşünü keçirib "Report" Nazirliyə istinadən xəbər verir ki, görüşdə Mentorluq Proqramı müddətində görülən işlər, əldə olunan təcrübə, iştirak

0 baxışreport.az
Məcnun Məmmədov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Paylaş:

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində IV "Yüksəliş" müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə yekun görüşünü keçirib "Report" Nazirliyə istinadən xəbər verir ki, görüşdə Mentorluq Proqramı müddətində görülən işlər, əldə olunan təcrübə, iştirakçıların peşəkar və şəxsi inkişaf istiqamətində qazandıqları bilik və bacarıqlar, eləcə də qarşıdakı dövrdə bu potensialın daha səmərəli şəkildə dəyərləndirilməsi məsələləri müzakirə olunub Eyni zamanda, proqram çərçivəsində formalaşan yanaşmaların gələcək fəaliyyətə inteqrasiyası, idarəetmə bacarıqlarının daha da təkmilləşdirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis olunub. Müsabiqə qalibləri birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər Dövlət başçısı sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı 10 dekabr 2025-ci il tarixində müvafiq sərəncam imzalayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Məcnun Məmmədov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb | Tenqri