Tenqri
Ana Səhifə
Dünya

Məcnun Məmmədov: Mal əti üzrə tam özünütəminata nail olmaq əsas hədəflərdəndir

2026–2030-cu illər üçün Dövlət Proqramında heyvandarlıq məhsulları üzrə istehsalın artırılması və idxaldan asılılığın azaldılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon

0 baxışazertag.az
Məcnun Məmmədov: Mal əti üzrə tam özünütəminata nail olmaq əsas hədəflərdəndir
Paylaş:

2026–2030-cu illər üçün Dövlət Proqramında heyvandarlıq məhsulları üzrə istehsalın artırılması və idxaldan asılılığın azaldılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib Nazirin sözlərinə görə, proqram çərçivəsində cins heyvanların ümumi sürüdə payının hazırkı 2,5 faizdən 10 faizə çatdırılması nəzərdə tutulur "Qarşıdakı beş ildə süd istehsalının 10 faiz, ət istehsalının isə 20 faiz artırılması planlaşdırılır. Əsas hədəflərdən biri mal əti üzrə tam özünütəminata nail olmaqdır. Eyni zamanda, quşçuluq məhsullarının istehsalının 30 faiz artırılması və quş əti üzrə özünütəminat səviyyəsinin 82 faizdən 100 faizə çatdırılması nəzərdə tutulur”, – deyə nazir vurğulayıb Nazirin sözlərinə görə, nəzərdə tutulan tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili bazarın yerli məhsullarla təminatının artırılmasına xidmət edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler