Tenqri
Ana Səhifə
Dünya

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Biz ilk növbədə ixrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük. Sertifikasiya ilə bağlı subsidiyalaşdırma niyyətimiz var. Yeni bazarlara çıxış üçün məhsulun istehsalı, məhsulun özü standartlara və sertifikasiyaya cavab verməlidir. Bu mərhələləri keçdikdən sonra biz onun digər ölkələrə təşvi

0 baxışazertag.az
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO
Paylaş:

Biz ilk növbədə ixrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük. Sertifikasiya ilə bağlı subsidiyalaşdırma niyyətimiz var. Yeni bazarlara çıxış üçün məhsulun istehsalı, məhsulun özü standartlara və sertifikasiyaya cavab verməlidir. Bu mərhələləri keçdikdən sonra biz onun digər ölkələrə təşviq olunmasını gözdən keçirə bilərik AZƏRTAC xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib "Biz inanırıq ki, məhsul subsidiyası özü-özlüyündə hansısa qiymət stabilliyinə xidmət edəcək. Heyvandarlıqda bu ildən süd subsidiyasının verilməsi nəzərdə tutulur. Bu da fermalarla zavodlar arasında qiyməti stabilləşdirəcək", - deyə nazir diqqətə çatdırıb Azərbaycanda qiymət dalğalanması və ya qiymət tənzimləməsi tətbiq olunan yeganə məhsulun pambıq olduğunu qeyd edən Məcnun Məmmədov onun da müəyyən mənada zavodlar və dövlət arasında birgə razılaşma əsasında baş verdiyini bildirib: "Dövlət buna görə fermerlərə dəstək verir ki, onlar məhsul istehsal edib zavodu xammalla təmin etsinlər. Başqa hər hansı bir məhsullarda bu şəkildə tənzimləmə yoxdur" 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler