Məcnun Məmmədov: Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarından səmərəli istifadədir
“Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biridir” APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına d

“Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biridir” APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı” çərçivəsində Zəngilanda keçirilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə çıxışı zamanı deyib Nazir cari il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə yeni proqramın hazırlanmasının zəruriliyinin vurğulandığını söyləyib. Eyni zamanda, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların bu sahəyə cəlbi ilə bağlı tapşırıqların verildiyini bildirib Məcnun Məmmədov Dövlət Proqramına əsasən, müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılmasının, qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib Aqrar sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləsi işlərdən bəhs edən nazir kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların təsbitinin, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarının formalaşdırılmasının, habelə aqrar terminologiyanın unifikasiyasının, iqlim dəyişikliklərinin, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əks olunmasının vacibliyini qeyd edib. O, həmçinin, balıqçılıq və akvakultura sahəsində qanunvericiliyin yenilənməsinin, bu sahədə rəqəmsallaşmanın genişləndirilməsinin, qeydiyyat və uçotun sadələşdirilməsinin, elektron xidmətlərin tətbiqinin və idarəetmənin təkmilləşdirilməsinin təmin edilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatların aparılacağını söyləyib Eyni zamanda, bildirilib ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Qeyd olunub ki, bu sahədə qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək. Bununla yanaşı, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi ilə bağlı müvafiq addımların atılması planlaşdırılır Məcnun Məmmədov Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan normativ-hüquqi islahatların aqrar sektorun idarə edilməsinin təkmilləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir inkişaf çağırışlarına uyğun şəkildə transformasiyasına töhfə verəcəyini vurğulayıb
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
