Tenqri
Ana Səhifə
Dünya

Məcnun Məmmədov: "Azərbaycan ixracyönümlü kənd təsərrüfatına keçidi sürətləndirir"

Azərbaycan ixracyönümlü kənd təsərrüfatına keçidi sürətləndirir "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbir

0 baxışreport.az
Məcnun Məmmədov: "Azərbaycan ixracyönümlü kənd təsərrüfatına keçidi sürətləndirir"
Paylaş:

Azərbaycan ixracyönümlü kənd təsərrüfatına keçidi sürətləndirir "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində bildirib Onun sözlərinə görə, uzunmüddətli və proqnozlaşdırıla bilən investisiya mühiti axtaran investorlar üçün Azərbaycanın strateji baxışı artıq institusional çərçivədə formalaşdırılıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənmiş 2026–2030-cu illər Dövlət Proqramı intensiv, yüksək texnologiyalı və ixracyönümlü kənd təsərrüfatı modelinin inkişafı üçün aydın və hüquqi əsaslara söykənən yol xəritəsi müəyyən edir. Proqramın effektiv icrasını təmin etmək məqsədilə bütün iqtisadi rayonlarda regional məsləhətləşmələr aparılır. Bu yanaşma yerli istehsal modellərinin beynəlxalq bazarların tələb və investorların gözləntilərinə uyğunlaşdırılmasına xidmət edir. Azərbaycana investisiya yatırmaqla investorlar həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət əlaqələrinin genişləndirilməsinə və regional halal dəyər zəncirlərinin inkişafına yönəlmiş strukturlaşdırılmış əməkdaşlıq mexanizmlərinə birbaşa çıxış əldə edirlər. Bu isə ölkəni halal aqrar istehsal və ixrac üçün cəlbedici regional mərkəzə çevirir" Nazir əlavə edib ki, Azərbaycan aqrar investisiyalar üçün rəqəmsal infrastrukturu gücləndirir: "Müasir kənd təsərrüfatında gəlirlilik və rəqabətqabiliyyətlilik ilk növbədə səmərəlilikdən asılıdır: "Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi isə rəqəmsallaşma, şəffaflıq və yaşıl inkişaf prinsipləri üzərində qurulub. Biz müasir aqro-logistika mərkəzlərinin yaradılması, soyuq zəncir infrastrukturunun genişləndirilməsi və məhsul yığımından sonrakı itkilərin minimuma endirilməsi vasitəsilə investisiya risklərini sistemli şəkildə azaldırıq. Əməliyyat səmərəliliyimizin əsasını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) təşkil edir. Bu platforma dövlət dəstəyi və subsidiya mexanizmlərinin idarə olunmasında tam şəffaflığı təmin etməklə yanaşı, fermerlər və investorlar üçün etibarlı məlumat bazası yaradır. Hazırda biz süni intellekt və məlumatlara əsaslanan innovativ həlləri aqrar sektora inteqrasiya etməklə rəqəmsal infrastrukturu daha da gücləndiririk. Bu isə investorlar üçün istehsaldan son istehlakçıya qədər tam izləniləbilənlik, yüksək keyfiyyətə nəzarət və beynəlxalq halal standartlarına tam uyğunluq deməkdir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler