Məcnun Məmmədov: Azərbaycan halal məhsullar istehsalında regional liderə çevrilmək niyyətindədir
Azərbaycan halal məhsullar istehsalı, emalı və ixracı sahəsində regional liderə çevrilmək, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında yeni dəyər zəncirlərinin formalaşdırılmasında əsas platformalardan biri olmaq niyyətindədir APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmm

Azərbaycan halal məhsullar istehsalı, emalı və ixracı sahəsində regional liderə çevrilmək, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında yeni dəyər zəncirlərinin formalaşdırılmasında əsas platformalardan biri olmaq niyyətindədir APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyatı” adlı Nazirlər Sessiyasında deyib Nazir bildirib ki, Azərbaycan yeni formalaşan halal bazar arxitekturasında strateji keçid qapısı rolunu oynamağa hazırdır. “Azərbaycan kənd təsərrüfatına investisiyalar üçün son dərəcə rəqabətqabiliyyətli mühit təklif edir. Coğrafi üstünlüklərimiz, dövlət dəstəyi mexanizmlərimiz və aqrar sektorun sürətli inkişafı ölkəmizi regionun ən cəlbedici investisiya istiqamətlərindən birinə çevirir”, – o vurğulayıb Məcnun Məmmədov qeyd edib ki, həyata keçirilən struktur islahatları və subsidiya proqramları nəticəsində Azərbaycanın aqrar-qida sektoru son illərdə əhəmiyyətli artım nümayiş etdirib “Kənd təsərrüfatı istehsalımız real ifadədə 37,8 faiz artıb, balıqçılıq sektoru isə təxminən 2,7 dəfə genişlənib. Azərbaycan artıq meyvə, tərəvəz və yumurta kimi yüksək əlavə dəyərli məhsullar üzrə özünütəminetmə səviyyəsinə nail olub, ət və süd istehsalında da davamlı inkişaf müşahidə olunur”, – nazir bildirib Nazir Azərbaycanın beynəlxalq aqrar bazarlardakı mövqeyinin getdikcə gücləndiyini də vurğulayıb “Azərbaycan bu gün qlobal bazarlarda etibarlı ixracatçı kimi tanınır. Ölkəmiz fındıq istehsalına görə dünyada dördüncü, xurma ixracına görə ikinci, şaftalı və nektarin ixracına görə isə doqquzuncu yerdə qərarlaşıb. Bundan əlavə, çiyələk, albalı, pomidor və pambıq lifi kimi məhsullar üzrə dünyanın ilk 20 ixracatçı ölkəsi sırasında yer alırıq”, – o qeyd edib Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 2026–2030-cu illər üzrə yeni dövlət proqramı aqrar sektorun yüksək texnologiyalara əsaslanan və ixracyönümlü model üzrə inkişafını nəzərdə tutur. “Yeni dövlət proqramı intensiv, innovativ və ixrac yönümlü kənd təsərrüfatının inkişafı üçün aydın və hüquqi baxımdan təmin olunmuş fəaliyyət çərçivəsi yaradır. Biz regionlarda geniş məsləhətləşmələr apararaq istehsal modellərini beynəlxalq bazarların tələblərinə uyğunlaşdırırıq”, – nazir vurğulayıb O qeyd edib ki, Azərbaycan kənd təsərrüfatında rəqəmsallaşma və innovasiyaların tətbiqini sürətləndirir. “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi dövlət dəstəyi və subsidiya mexanizmlərində tam şəffaflıq yaradıb. Hazırda bu sistem süni intellekt və məlumat əsaslı texnologiyalarla daha da təkmilləşdirilir. Bu isə məhsulların mənşəyinin sonadək izlənilməsini, keyfiyyətə nəzarəti və beynəlxalq halal standartlarına uyğunluğu təmin edir”, – Məcnun Məmmədov bildirib Nazir halal sənayesinin inkişafı üçün bir sıra konkret təşəbbüslər də irəli sürüb. “Vahid halal sertifikatlaşdırma və rəqəmsal izlənmə platformasının yaradılması vacibdir. İnvestorların ehtiyacı olan əsas məsələ beynəlxalq səviyyədə tanınan vahid və etibarlı standartdır. Azərbaycan bu istiqamətdə liderlik etməyə hazırdır”, – o qeyd edib Məcnun Məmmədov həmçinin yaşıl halal aqroparkların yaradılmasını, İslam maliyyəsi alətlərinə əsaslanan xüsusi maliyyələşdirmə mexanizmlərinin tətbiqini, halal ixracın Orta Dəhlizlə əlaqələndirilməsini və insan kapitalına investisiyaların artırılmasını təklif edib “Qapılarımız bütün tərəfdaşlar üçün açıqdır. Gəlin Azərbaycanı etik prinsiplərə əsaslanan, yüksək keyfiyyətli və yüksək gəlirlilik təmin edən halal istehsalın aparıcı regional mərkəzinə çevirək”, – kənd təsərrüfatı naziri əlavə edib


