Fövqəladə Hallar Nazirliyi təhlükəli yanacaqdoldurma məntəqəsini bağlayıb - foto; video
Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə Əməyin Təhlükəsizliyinə və Mədənçıxarma üzrə Dövlət Nəzarəti Agentliyi sənayedə və mədənçıxarma sənayesində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirləri davam etdirir Bu tədbirlər çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Beyləqan

Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə Əməyin Təhlükəsizliyinə və Mədənçıxarma üzrə Dövlət Nəzarəti Agentliyi sənayedə və mədənçıxarma sənayesində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirləri davam etdirir Bu tədbirlər çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Beyləqan rayonu, Dünyamalılar kəndində fərdi sahibkar Elçin İsmayılzadəyə məxsus yanacaqdoldurma məntəqəsində planlı yoxlama aparılıb. Yoxlama zamanı insanların həyat və sağlamlığına təhlükə yaradan qanun pozuntusu müəyyən edilib. Yanacaqdoldurma məntəqəsindəki iki yanacaq anbarında havalandırma klapanlarının əskik olduğu müəyyən edilib Müəyyən edilmiş qayda pozuntusunun dərhal aradan qaldırılmasının mümkünsüzlüyü, insanların həyat və sağlamlığına təhlükə yaratdığı nəzərə alınaraq Agentlik əməkdaşları tərəfindən YDM-in fəaliyyəti dayandırılıb. Qanun pozuntusunun aradan qaldırılması üçün tərtib edilmiş aktın surəti sahibinə təhvil verilib. Həmçinin texniki təhlükəsizlik məsələləri ilə bağlı onunla profilaktik söhbət aparılıb, aşkar olunmuş nasazlığın aradan qaldırılması üçün nazirlik tərəfindən müvafiq tövsiyələr verilib”


