Fövqəladə Hallar Nazirliyi qanunsuz tikili söküb - video
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi öz səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikililərlə bağlı müvafiq tədbirləri davam etdirir Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci m

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi öz səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikililərlə bağlı müvafiq tədbirləri davam etdirir Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən edilib və faktla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib Müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz ucaldılmış bina sökülüb


