Fövqəladə Hallar Nazirliyi sürüşmədən zərər çəkən Qonaqkənd kəndinin sakinlərinə üç ton yardım çatdırıb - video
Azərbaycan Fövqəladə Hallar Nazirliyi torpaq sürüşməsindən zərər çəkən Quba rayonunun Qonaqkənd kəndinə ərzaq yardımı göndərib Kalibre.Az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və zəruri

Azərbaycan Fövqəladə Hallar Nazirliyi torpaq sürüşməsindən zərər çəkən Quba rayonunun Qonaqkənd kəndinə ərzaq yardımı göndərib Kalibre.Az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və zəruri mallar Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənərək Qonaqkənd kəndinə göndərilib Əvvəl xəbər verdiyimiz kimi, son günlər yağan intensiv yağışlar nəticəsində Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş verən sürüşmə nəticəsində rayon mərkəzini bir neçə kəndlə birləşdirən avtomobil yoluna ziyan dəyib. Hazırda müvafiq strukturlar tərəfindən alternativ yolun tikintisi ilə bağlı tədbirlər görülür
.webp&w=2048&q=70)

