Fövqəladə Hallar Nazirliyi həyəcan təbili çalır - video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti öz səlahiyyətləri çərçivəsində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirləri davam etdirir Bununla bağlı Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekt

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti öz səlahiyyətləri çərçivəsində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirləri davam etdirir Bununla bağlı Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, bina 3166 ünvanında yerləşən avtoservisdə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Məhz: Obyektdə avtomatik yanğın siqnalizasiya sistemi quraşdırılmayıb; obyekt yanğınsöndürənlərlə tam təchiz olunmamışdır; elektrik avadanlıqları “Elektrik Quraşdırma Qaydaları”nın tələbləri pozulmaqla quraşdırılmışdır; obyektin yeməkxanasında sıxılmış və mayeləşdirilmiş qaz balonlarından (propan) istifadə olunur; yanğın zamanı təxliyə planı tərtib edilməmişdir; obyektin daxilində tez alışan əşyalar xaotik şəkildə saxlanılır; Yanğın zamanı yanğınsöndürən maşınların əraziyə sərbəst daxil olması və manevr etməsi üçün əlverişli şərait yaradılmamışdır; yanan materialların üzərinə elektrik naqilləri çəkilir; obyektin ərazisi yanar tullantılardan təmizlənməmişdir; obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalanmadıqda; Beləliklə, mövcud vəziyyət göstərir ki, obyektin davamlı istismarı istənilən vaxt baş verən yanğına gətirib çıxara bilər ki, bu da sürətlə genişlənir və faciəni qaçılmaz edir Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi standartlarının və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilən avtoservis mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Qərarın surəti obyekt nümayəndəsinə təqdim edilib


