Tenqri
Ana Səhifə
Dünya

McDonald's Azərbaycan karate üzrə gənc dünya çempionuna dəstək olub

Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə qürur mənbəyinə çevrilir. Belə nümunələrdən biri II Dünya Müharibəsi veteranı, ehtiyatda olan kapitan İsmayıl Ağacabəyovun oğlu, 10 yaşlı Fəqan Ağacabəyovun “Vətən Müharibəsi İştirakçısı” və “Hərbi xidmətdə fərqlənmə

0 baxışhaqqin.az
McDonald's Azərbaycan karate üzrə gənc dünya çempionuna dəstək olub
Paylaş:

Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə qürur mənbəyinə çevrilir. Belə nümunələrdən biri II Dünya Müharibəsi veteranı, ehtiyatda olan kapitan İsmayıl Ağacabəyovun oğlu, 10 yaşlı Fəqan Ağacabəyovun “Vətən Müharibəsi İştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilməsidir İstanbulda keçirilən 16-cı WSF Şotokan Dünya Çempionatında Fəqan qızıl medal qazanıb Fəqan Xırdalan şəhər 2 saylı tam orta məktəbdə oxuyur və karate ilə peşəkar şəkildə məşğul olur. Yaşının az olmasına baxmayaraq, o, artıq dəfələrlə respublika və beynəlxalq müsabiqələrin qalibi olub. Macarıstan, Türkiyə və Bolqarıstanda keçirilən Avropa çempionatlarının və beynəlxalq turnirlərin qızıl medalları var. İdmançı növbəti nailiyyətini İstanbulda keçirilən dünya çempionatında nümayiş etdirib. Yüksək rəqabət şəraitində Fəqan bütün döyüşlərdə qalib gələrək dünya çempionu adına layiq görülüb Fəqanın beynəlxalq turnirə səfəri uçuş və yarışda iştirak xərclərini qarşılayan McDonald's Azərbaycan təşkilatının dəstəyi ilə təşkil olunub Bakıya qayıtdıqdan sonra McDonald's restoranlarının birində Fəqan üçün görüş təşkil olunub. Tədbirdə McDonald's Azərbaycan şirkətinin Müşahidə Şurasının sədri Fərid Əli-zadə, McDonald's Azərbaycan şirkətinin baş direktoru Oskar Boqopolski və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə edilməsi şöbəsinin müdiri Elnur Məmmədov iştirak ediblər. Onlar Fəqanı qələbə münasibətilə təbrik edib, ona uğurlar və yeni nailiyyətlər arzulayıblar Dəstək “McDonald’s Azərbaycan” şirkəti ilə Dövlət Sosial Müdafiə Fondu arasında korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi, şəhid ailələrinin uşaqları və Vətən Müharibəsi veteranlarının dəstəklənməsi məqsədilə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilib Son illər McDonald's Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bir sıra sosial, maarifləndirici və yaradıcı təşəbbüslər həyata keçirib. Onların arasında şəhid ailələrinin uşaqlarının məktəb ləvazimatları ilə təmin olunması, maarifləndirici proqramların dəstəklənməsi və beynəlxalq olimpiadalarda iştirak, yay tətilinin təşkili, o cümlədən McDonald's restoranlarında uşaqlar üçün tədbirlərin keçirilməsi daxildir

Kaynak: haqqin.az

Diğer Haberler