Manqistauda daha bir kənd spirtli içkidən imtina edib
Manqistau vilayətinin Karakiya rayonundakı Bolaşak kəndi rəsmən “alkoqolsuz kənd” statusu alıb. Bu barədə “Lada.kz” portalı məlumat yayıb Təşəbbüs Karakiya rayon prokurorluğunun koordinasiyası və aidiyyəti dövlət orqanlarının dəstəyi ilə həyata keçirilib. Onun əsas məqsədi ictimai asayişin möhkəmlə

Manqistau vilayətinin Karakiya rayonundakı Bolaşak kəndi rəsmən “alkoqolsuz kənd” statusu alıb. Bu barədə “Lada.kz” portalı məlumat yayıb Təşəbbüs Karakiya rayon prokurorluğunun koordinasiyası və aidiyyəti dövlət orqanlarının dəstəyi ilə həyata keçirilib. Onun əsas məqsədi ictimai asayişin möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və sakinlər arasında sağlam həyat tərzinin təbliğidir Rayon rəhbərliyindən verilən məlumata görə, bu istiqamətdə işlərin sistemli aparılması üçün tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Yerli sahibkarlar da bu təşəbbüsü dəstəkləyib, kənddə spirtli içkilərin satışı və istehlakının qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsinə razılıq veriblər. Eyni zamanda, gənclər arasında maarifləndirmə işlərinin aparılması, cinayətlərin qarşısının alınması və təhlükəsiz ictimai mühitin yaradılması nəzərdə tutulur Ekspertlərin fikrincə, bu təşəbbüs kənddə ictimai təhlükəsizliyi artıracaq və sakinlərin həyat keyfiyyətinin yaxşılaşmasına müsbət töhfə verəcək Qeyd edək ki, son illər Mangistau vilayətində “alkoqolsuz kənd” layihəsi geniş dəstəklənir. Belə yaşayış məntəqələrində cinayətkarlığın səviyyəsi azalıb, ictimai asayiş möhkəmlənib


