Mayamidə qayıqda baş verən partlayışda azı 11 nəfər yaralanıb
Mayami çimərliyində qayıqla bağlı hadisə nəticəsində ən azı 11 nəfər xəsarət alıb "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə turistlər və qayıqçılar üçün məşhur bir yer olan Haulover Sandbar yaxınlığında baş verib Mayami-Dade Yanğından Mühafizə Xidmətinin məlumatına görə, qayıqd

Mayami çimərliyində qayıqla bağlı hadisə nəticəsində ən azı 11 nəfər xəsarət alıb "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə turistlər və qayıqçılar üçün məşhur bir yer olan Haulover Sandbar yaxınlığında baş verib Mayami-Dade Yanğından Mühafizə Xidmətinin məlumatına görə, qayıqda mümkün partlayış barədə zəng 9 may yerli vaxtla saat 12:48-də daxil olub. Xilasetmə qrupları, Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının və ABŞ Sahil Mühafizəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə göndərilib Yaralanan 11 nəfərin hamısı yerli xəstəxanalara aparılıb Hadisənin rəsmi səbəbi hələ müəyyən edilməyib. Gəmidə olan şəxslərdən biri "Miami Herald" qəzetinə verdiyi açıqlamada hadisəyə qaz sızmasının səbəb ola biləcəyini irəli sürüb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


