Tenqri
Ana Səhifə
Dünya

Müşavir: Azərbaycanın ticarət dövriyyəsi son 5 ildə iki dəfə artıb

Azərbaycanın ticarət dövriyyəsi son beş ildə iki dəfə artıb APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüv

0 baxışapa.az
Müşavir: Azərbaycanın ticarət dövriyyəsi son 5 ildə iki dəfə artıb
Paylaş:

Azərbaycanın ticarət dövriyyəsi son beş ildə iki dəfə artıb APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı panel müzakirəsində deyib “Azərbaycan üçün regional inteqrasiya ilk növbədə iqtisadi məsələdir. Ticarət və investisiyalar bir-birini gücləndirir. Ticarət investisiya axınları üçün imkan yaradır, infrastruktur, logistika və rəqəmsal bağlantılara yatırılan investisiyalar isə ticarətin genişlənməsinə şərait yaradır”, – Hüseynov bildirib Onun sözlərinə görə, Mərkəzi Asiya və Qafqaz regionunda ticarət və investisiyaların artırılması üçün böyük potensial mövcuddur. “2020–2025-ci illər ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsi iki dəfə artıb. Bunun nəticəsində özəl sektor güclənib, regional iqtisadi əməkdaşlıq genişlənib və inteqrasiyanın iqtisadi artıma gətirib çıxardığı bir daha sübut olunub”, – müşavir vurğulayıb Hüseyn Hüseynov qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkənin nəqliyyat və logistika sahəsində mühüm rol oynamasına imkan verir. “Azərbaycan Asiya, Avropa və Yaxın Şərqin kəsişməsində yerləşir. Xəzər dənizinə çıxışı olan ölkəmiz əsas Avrasiya ticarət marşrutları üzərində yerləşdiyindən böyük tranzit və logistika potensialına malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər hövzəsinin əsas logistika mərkəzlərindən birinə çevrilib və Şərqlə Qərb arasında yükdaşımaların artmasına xidmət edir”, – o bildirib. Nazir müşaviri Bakı–Tbilisi–Qars dəmir yolunun da region üçün strateji əhəmiyyət daşıdığını qeyd edib “Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropa arasında birbaşa dəmir yolu bağlantısı yaradır və yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaldır. Orta Dəhliz isə bu imkanları bir araya gətirərək Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə və Avropa bazarlarını birləşdirən mühüm marşrut kimi çıxış edir. Azərbaycanın bu dəhlizdə əsas tranzit və logistika mərkəzi kimi rolu getdikcə artır”, – deyə Hüseyn Hüseynov bildirib O, enerji sektorunun da Azərbaycanın regional əməkdaşlıqdakı əsas sütunlarından biri olduğunu vurğulayıb. “Xəzər hövzəsini dünya bazarları ilə birləşdirən neft və qaz kəmərləri uzun illərdir Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinin əsasını təşkil edir. Hazırda isə biz bərpa olunan enerji layihələrini genişləndirir, yaşıl enerji sahəsində sərhədlərarası təşəbbüsləri inkişaf etdiririk. Bu da regional əməkdaşlığa yeni məzmun qazandırır”, – o əlavə edib Hüseyn Hüseynovun sözlərinə görə, infrastruktur layihələri ilə yanaşı, gömrük sistemlərinin modernləşdirilməsi, rəqəmsal ticarət platformalarının genişləndirilməsi və sərhəd prosedurlarının sadələşdirilməsi də regional inteqrasiyanın uğuru üçün vacibdir

Kaynak: apa.az

Diğer Haberler