Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq
Cənubi Qafqazın gələcək inkişafı baxımından Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Mövcud geosiyasi gərginliklər fonunda ölkələr alternativ ticarət marşrutları axtarırlar və bu marşrutlar arasında Orta Dəhliz getdikcə daha böyük əhəmiyyət qazanır. Bu dəhlizin s

Cənubi Qafqazın gələcək inkişafı baxımından Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Mövcud geosiyasi gərginliklər fonunda ölkələr alternativ ticarət marşrutları axtarırlar və bu marşrutlar arasında Orta Dəhliz getdikcə daha böyük əhəmiyyət qazanır. Bu dəhlizin səmərəli fəaliyyət göstərməsi üçün regional əməkdaşlıq son dərəcə vacibdir Bunu AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin Cənubi Qafqaz siyasəti və beynəlxalq siyasi iqtisadiyyat sahələri üzrə niderlandlı təcrübəçisi Maurits Rodenberq deyib O bildirib ki, Orta dəhliz Cənubi Qafqazda infrastrukturun inkişafı üçün yeni investisiyaların cəlb olunmasına da imkan yaradacaq: “Bundan əlavə, Azərbaycan neft və qaz hasilatında mühüm rol oynadığı üçün Gürcüstan və Türkiyə Avropaya çıxış qapısı funksiyasını yerinə yetirə bilər. Bu isə Azərbaycanın Avropa ölkələri ilə ticarət əlaqələrinin və enerji ixracının artmasına töhfə verəcək Ümumilikdə, Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı Cənubi Qafqazın qlobal ticarət və enerji şəbəkələrinə daha sıx inteqrasiya olunmasına və regionun Avrasiya ticarəti üçün Rusiya və İrandan yan keçən alternativ tranzit marşrutuna çevrilməsinə imkan verə bilər” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


