Məsud Pezeşkian prezident İlham Əliyevi təbrik edib
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Zati-alinizi və xa

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Zati-alinizi və xalqınızı ürəkdən təbrik edirəm İran və Azərbaycan xalqlarının tarixi, sivilizasiyası, mədəni, dini və dil baxımından çoxlu ortaq cəhətləri var. Bu ümumi əlaqələr ölkələrimizin xalqları arasında dostluğu möhkəmləndirmiş və sarsılmaz etmişdir. Şübhəsiz ki, qırılmaz əlaqələrimiz iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin olmuşdur Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası həmişə ikitərəfli əlaqələrin inkişafına dəstək verib. Biz şadıq ki, bu gün xalqlarımızın arzu və istəklərinə uyğun olaraq ölkələrimiz arasında münasibətlərdə dinamik prosesin şahidi oluruq Ümid edirəm ki, ikitərəfli, regional və beynəlxalq mövzuların geniş spektrini əhatə edən bu dinamik proses daha da sürətlə davam edəcəkdir Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının xalqına isə firavanlıq və əmin-amanlıq arzulayıram” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

