Maskın sərvəti 1 trilyon dollara yaxınlaşır: Dünyanın maliyyə xəritəsi dəyişə bilər
İlon Maskın sərvəti yaxın zamanda rekord həddə - 1 trilyon dollara çata bilər Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb Bildirlir ki, amerikalı milyarder artıq tarixin ilk trilyoneri olmağa doğru irəliləyir Məlumata əsasən, bu sıçrayışın əsas səbəbi onun kosmos şirkətinin

İlon Maskın sərvəti yaxın zamanda rekord həddə - 1 trilyon dollara çata bilər Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb Bildirlir ki, amerikalı milyarder artıq tarixin ilk trilyoneri olmağa doğru irəliləyir Məlumata əsasən, bu sıçrayışın əsas səbəbi onun kosmos şirkətinin mümkün ilkin kütləvi səhm yerləşdirilməsi (IPO) olacaq. "SpaceX"in IPO-sunun (Initial Public Offering - İlkin Kütləvi Təklif) artıq gələn həftə baş tuta biləcəyi bildirilir Jurnalistlərin hesablamalarına görə, Maskın şirkətdəki payının dəyəri təxminən 542 milyard dollar təşkil edir. “Forbes”in son göstəricilərinə əsasən isə onun ümumi sərvəti artıq 800 milyard dolları keçib Planlaşdırılan IPO-nun fond bazarı tarixində ən böyük yerləşdirmə olacağı gözlənilir. Bildirilir ki, proses çərçivəsində 555 milyondan çox səhm 135 dollar qiymətində satışa çıxarılacaq və bu, şirkətin ümumi dəyərini 1,77 trilyon dollar səviyyəsində qiymətləndirəcək Qeyd olunur ki, İlon Mask bu satış zamanı öz səhmlərini bazara çıxarmayacaq. IPO-dan sonra da o, "SpaceX"in səsvermə hüququ olan səhmlərinin 82,4 faizinə nəzarəti qoruyacaq Məqalədə xatırladılır ki, "SpaceX" Maskın Marsda “özünü təmin edən şəhər” yaratmaq planlarında əsas rol oynayan şirkətlərdən biridir. Eyni zamanda şirkət ABŞ hökumətindən kosmos və aerokosmik sahədə böyük həcmli müqavilələr almaqda davam edir Paralel olaraq, 2025-ci ildə dünyada milyonçuların sayının və ümumi sərvət həcminin də rekord səviyyəyə çatdığı bildirilir. Analitiklər bunu əsasən qlobal birja bazarlarının güclü performansı və bir çox ölkələrdə inflyasiyanın zəifləməsi ilə izah edirlər Məşhur milyarder 816 milyona nəhəng gəmi inşa etdirir - Məqsədi nədir? “Qarabağ”ın uğurlarının memarının biznes imperiyası Qazaxıstanlı cütlük kazinodan 1,18 milyon dollar uddu, həbsə atıldılar “Ağ cəmiyyət” şəbəkəsini görün kim maliyyələşdirirmiş İlon Maskdan yeni iddia: Fırıldaqçıdır! Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu… Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?


